"Bakcell" yeni limitsiz internet paketi təklif edir

"Bakcell" yeni limitsiz internet paketi təklif edir Paketdən gündə yalnız bir dəfə yararlanmaq mümkündür
İKT
16 İyun , 2017 11:11
Bakcell yeni limitsiz internet paketi təklif edir

Bakı. 16 iyun. REPORT.AZ/ "Bakcell" şirkəti yüksəksürətli mobil internetdən faydalanmaq istəyən abunəçilər üçün “Mənim saatım” adlı innovativ internet paketi təqdim edir.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, yeni məhsul sayəsində abunəçi gün ərzində bir dəfə 60 dəqiqəlik bir müddət seçə və həmin vaxt üçün cəmi 50 qəpik ödəməklə, internetdən limitsiz istifadə edə bilər.

Paketdən gündə yalnız bir dəfə, saat 01:00-dan 19:00-a qədər yararlanmaq mümkündür. Paketi aktivləşdirmək üçün *570*50#YES kodunu yığmaq lazımdır.

"Ədalətli istifadə" siyasətinə əsasən digər cihazların "Wi-Fi Hotspot" vasitəsilə qoşularaq bu paketdən istifadə etməsi mümkün deyil. Paketin vaxtı bitdikdən sonra abunəçi öz balansındakı digər İnternet paketindən və ya abunə olduğu tarifə uyğun İnternet trafikindən istifadə edə bilər.

Son xəbərlər

Orphus sistemi