"Bakcell" dekabrda keçiriləcək "Bakutel" sərgisinin tərəfdaşı qismində çıxış edəcək

"Bakcell" dekabrda keçiriləcək "Bakutel" sərgisinin tərəfdaşı qismində çıxış edəcək Fərid Məmmədov: "Bu, qarşılıqlı faydalı tərəfdaşlıq müqaviləsinin əsasını qoyub"
İKT
25 Noyabr , 2015 13:46
Bakcell dekabrda keçiriləcək Bakutel sərgisinin tərəfdaşı qismində çıxış edəcək

Bakı. 25 noyabr. REPORT.AZ/ “Bakcell” şirkəti Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin (Bakutel) kommunikasiya tərəfdaşı oldu. Tədbirin Təşkilat Komitəsindən "Report"a verilən məlumata görə, bu il “Bakcell” şirkəti "Bakutel-2015" sərgisinin kommunikasiya tərəfdaşı qismində çıxış edir. Artıq uzun illərdir sərgi ilə ölkənin ilk mobil rabitə operatoru arasında əməkdaşlıq əlaqələri mövcuddur. “Bakutel” sərgilərində daim iştirak edən “Bakcell” şirkəti uzun müddətdir ziyarətçiləri öz stendlərinin qonaqları, eləcə də müştəriləri üçün təklif və xidmətləri ilə tanış edir. 

“Biz şadıq ki, “Bakutel” sərgisinin daimi iştirakçısı və ölkənin ilk mobil operatoru indi bu tədbirin həm də kommunikasiya tərəfdaşıdır. Sərginin keçirildiyi illər ərzində bizim yüksək səviyyəli işgüzar münasibətlərimiz yaranıb. Bu da öz növbəsində qarşılıqlı faydalı tərəfdaşlıq müqaviləsinin əsasını qoyub. Bundan başqa, razılaşmamızın tərkib hissəsi kimi 2015-ci ilin noyabr ayından etibarən “Iteca Caspian” şirkətinin bütün əməkdaşları “Bakcell” şirkətinin telekommunikasiya xidmətlərindən istifadə etməyə başlayıblar”, - deyə “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov qeyd edib.

"Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer isə öz növbəsində deyib ki, şirkət ilk sərgidən başlayaraq "Bakutel"in daimi iştirakçısı olub: "Telekommunikasiya sahəsinin önəmli tədbirlərindən biri olan "Bakutel" bizə mövcud və gələcək müştərilərimizlə birbaşa əlaqə saxlamaq üçün şərait yaratmaqla yanaşı, əməkdaşlıq üçün yeni imkanlar açır”.

Son xəbərlər

Orphus sistemi