Yuxarı
    Bağlamaq

    "Bakcell" cəbhə bölgəsində yaşayan abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

    Şirkət cəbhə bölgəsində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir

    Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru - “Bakcell” şirkəti cəbhə bölgəsində vəziyyətin gərginləşməsi, əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib.

    “Report” şirkətə istinadən xəbər verir ki, bu gündən etibarən Ağdam, Füzuli və Tərtər rayonları ərazisində yaşayan və ötən 30 gün ərzində mobil telefon nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) “Bakcell” abunəçiləri balanslarının 50 dəqiqə artırılması ilə bağlı qısa SMS alacaqlar. Həmin pulsuz dəqiqələr şəbəkədaxili zənglər üçün nəzərdə tutulur və aprel ayının sonuna qədər qüvvədədir.

    Bununla yanaşı, “Bakcell” cəbhə bölgələrində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi