"Bakcell" cəbhə bölgəsində yaşayan abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

"Bakcell" cəbhə bölgəsində yaşayan abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib Şirkət cəbhə bölgəsində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir
İKT
4 Aprel , 2016 15:35
Bakcell cəbhə bölgəsində yaşayan abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru - “Bakcell” şirkəti cəbhə bölgəsində vəziyyətin gərginləşməsi, əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu gündən etibarən Ağdam, Füzuli və Tərtər rayonları ərazisində yaşayan və ötən 30 gün ərzində mobil telefon nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) “Bakcell” abunəçiləri balanslarının 50 dəqiqə artırılması ilə bağlı qısa SMS alacaqlar. Həmin pulsuz dəqiqələr şəbəkədaxili zənglər üçün nəzərdə tutulur və aprel ayının sonuna qədər qüvvədədir.

Bununla yanaşı, “Bakcell” cəbhə bölgələrində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir.

Son xəbərlər

Orphus sistemi