Yuxarı

​"Bakcell" bonuslu ödəmə kartlarını satışa çıxarıb

“Bakcell” şirkəti bundan sonra abunəçilərə 1, 2, 3, 5, 10 və 20 manatlıq kartlar təklif edəcək

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti mövcud ödəmə kartları ilə yanaşı abunəçilərin istifadəsi üçün 3 manat nominallı yeni ödəmə kartlarının satışına başlayıb.

“Report”un “Bakcell” şirkətinə istinadən verdiyi xəbərə görə, yeni ödəmə kartının istifadəyə verilməsi ilə yanaşı CIN abunəçiləri üçün yeni kampaniyaya start verilib. Bu kampaniya çərçivəsində balansını yeni 3 manatlıq ödəmə kartı ilə artıran CIN abunəçiləri yüklədikləri məbləğin 10%-i dəyərində bonus qazanacaqlar.

Abunəçilər əldə olunan bonusları şəbəkədaxili zəng, SMS, MMS və mobil internet üçün istifadə edə bilərlər. Bu kartların istifadə müddəti 30 gündür.

Beləliklə, “Bakcell” şirkəti bundan sonra abunəçilərə 1, 2, 3, 5, 10 və 20 manatlıq kartlar təklif edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi