Yuxarı
    Bağlamaq

    "Bakcell" beynəlxalq telekommunikasiya müsabiqəsində qalib gəlib

    Şirkətin Ulduzum proqramı Ən yaxşı istehlakçı xidməti adına layiq görülüb

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin "Ulduzum" proqramı Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində “Ən yaxşı istehlakçı xidməti” adına layiq görülüb.

    "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, Dubayda keçirilmiş nüfuzlu “Telecoms World Middle East Awards 2015” mükafatının təqdimetmə mərasimində “Bakcell”in "Ulduzum" proqramı “Telecoms World” təşkilatı tərəfindən 5 finalçı arasında birinci yerə layiq görülüb.

    Müsabiqə müxtəlif ölkələrdən olan və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətləri təmsil edən 250 namizəd arasında keçirilib.

    “Bu mükafata layiq görülməyimiz və 250 telekommunikasiya şirkəti arasında birinci yeri tutmağımızla fəxr edirik. Bu fakt sübut edir ki, “Bakcell”in "Ulduzum" proqramı təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. Bu isə həm də dünyada ən yaxşılardan biri deməkdir”, - "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

    Qeyd edək ki, 1,4 mln.-dan çox abunəçisi ilə "Ulduzum" bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin, öz abunəçilərini və "Ulduzum" proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq edən proqramlardan biridir. 5 mindən artıq baza stansiyası sayəsində "Bakcell" şəbəkəsi ölkə əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi