"Bakcell" "Azercell" nömrələrinə zəng getməməsi ilə bağlı məsələyə aydınlıq gətirib

"Bakcell" "Azercell" nömrələrinə zəng getməməsi ilə bağlı məsələyə aydınlıq gətirib "Abunəçilərimizin nəzərinə çatdırırıq ki, bunun səbəbi digər mobil operatorun sistemində baş vermiş texniki problemlə əlaqədardır"
İKT
15 Yanvar , 2016 19:43
Bakcell Azercell nömrələrinə zəng getməməsi ilə bağlı məsələyə aydınlıq gətirib

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 15-də saat təxminən 14.15 radələrindən etibarən “Bakcell” nömrələrindən "Azercell" nömrələrinə zəng getməməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olub.

“Bakcell”dən "Report"a verilən məlumatda qeyd edilib ki, şikayətlər əsasən "Azercell" abunəçilərinə edilən zənglərin tez-tez kəsilməsi, bütün xətlərin məşğul olması və zəng vuran zaman digər abunəçilərin telefon danışığının eşidilməsi ilə bağlıdır.

“Bununla əlaqədar olaraq abunəçilərimizin nəzərinə çatdırırıq ki, bunun səbəbi digər mobil operatorun sistemində baş vermiş texniki problemlə əlaqədardır. Ümid edirik ki, qarşı tərəf problemin tezliklə həll edilməsinə nail olacaq” - deyə “Bakcell”dən bildirilib.

Son xəbərlər

Orphus sistemi