"Bakcell" abunəçiləri üçün daha bir yenilik edib

"Bakcell" abunəçiləri üçün daha bir yenilik edib "Klass" tarifində olanların cari ayda istifadə etmədiyi ölkədaxili dəqiqələr, internet trafiki və SMS-lər növbəti ayın paketinə əlavə ediləcək
İKT
13 İyun , 2016 18:24
Bakcell abunəçiləri üçün daha bir yenilik edib

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti "Klass" tarifində olan abunəçilərinə ölkədaxili dəqiqələrin, internet trafikin və SMS-lərin istifadə olunmayan hissəsinin növbəti aya keçirilməsini mümkün edən yeni təklifi təqdim edib.

"Bakcell"dən "Report"a daxil olan məlumata görə, aylıq abunə haqqını vaxtında ödəyən "Klass" abunəçilərinin bu ay ərzində istifadə etmədikləri ölkədaxili dəqiqələri, internet trafiki və SMS-ləri növbəti ayın paketinə əlavə ediləcək.

İstənilən "Klass" tarifinə qoşulma pulsuz şəkildə həyata keçirilir. Aylıq abunə haqqı cəmi 5 manatdan başlayan müxtəlif "Klass" paketlərinin üstünlükləri barədə ətraflı məlumatı www.bakcell.com/klass/az/klass keçiddən istifadə edərək əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi