"Bakcell" abunəçiləri "Facebook"dan pulsuz istifadə edəcəklər

"Bakcell" abunəçiləri "Facebook"dan pulsuz istifadə edəcəklər Bu təklif yalnız "prepaid" tariflərindən istifadə edən Bakcell abunəçiləri üçün etibarlıdır
İKT
30 Noyabr , 2016 17:16
Bakcell abunəçiləri Facebookdan pulsuz istifadə edəcəklər

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti böyük məmnuniyyətlə əvvəlcədən ödənilən (“prepaid” ) tariflərindən istifadə edən bütün mövcud və yeni abunəçilərinə “Facebook”a pulsuz giriş imkanı təklif edir.

Şirkətdən "Report"a verilən xəbərə görə, bundan sonra "Facebook" tətbiqinə pulsuz giriş imkanını qazanan "Bakcell" abunəçiləri heç bir əlavə xərc çəkmədən sosial şəbəkədə dostlarının şərhlərini oxuya, öz şərhlərini verə, onları bəyənə, şəkillər yükləyə, videolara baxıb paylaşa, habelə "Facebook Messenger" tətbiqi vasitəsilə mesajlaşa, fayl və fotoşəkilləri paylaşacaqlar. 

Kampaniyaya qoşulma pulsuzdur. Bu kampaniyaya qoşulmaq üçün "Bakcell" abunəçiləri sadəcə *515#1#YES abunə kodunu yığaraq PULSUZ “Facebook”dan 6 ay faydalana bilərlər. 

Sözügedən kampaniyaya qoşulan müştərilər dərhal "Facebook" tətbiqindən 7 günlük pulsuz istifadə etmək imkanına malik olurlar. Sınaq müddətindən sonra abunəçi pulsuz istifadəni davam etdirmək üçün nömrəsinin balansına vəsait yükləməlidir.

Abunəçi nömrəsinin balansına hər həftə birdəfəlik ən azı 3 manat vəsait yüklədikdə 7 gün, hər ay birdəfəlik 8 manat, yaxud daha artıq vəsait yüklədikdə isə 30 gün müddətində “Facebook”dan pulsuz istifadə imkanı qazanır.

Bu ilin ortalarında bölgələrdə yaşayan "DogmaCİN" tarifinin abunəçilərinə təqdim edilən “Facebook”a pulsuz giriş təklifinin şərtləri isə dəyişməz olaraq qalır. “Facebook“a 1 həftəlik pulsuz giriş imkanı qazanmaq üçün nömrənin balansına 2 mant, 1 aylıq pulsuz istifadə üçün isə ən azı 5 manat vəsait yüklənməlidir.

"Facebook" mobil tətbiqi üzərindən bütün digər səhifələrə keçidlərə, eləcə də "Facebook Messenger" vasitəsilə edilən səsli və video zənglərə görə haqq müştərinin cari tarifinə uyğun olaraq tutulacaq, yaxud müştərinin mövcud internet paketindən çıxılacaq.

Bu təklif yalnız "prepaid" tariflərindən istifadə edən Bakcell abunəçiləri üçün etibarlıdır.

Son xəbərlər

Orphus sistemi