Yuxarı

"Bakcell" abunəçiləri "Facebook"a pulsuz çıxış əldə edəcək

Pulsuz çıxış Facebook və Messenger tətbiqinin bütün istifadə növlərinə tətbiq olunur

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətinin "DoğmaCİN" tarifinə qoşulan hər bir abunəçi “Facebook” tətbiqinə pulsuz çıxış imkanı əldə edəcək.

“Report” şirkətə istinadən bildirir ki, pulsuz çıxış qaydası “Facebook” və “Messenger” tətbiqinin bütün istifadə növlərinə (o cümlədən, "FB Messenger" tətbiqi vasitəsilə mesajlaşma, fotoşəkil və fayl paylaşma xidmətlərinə) tətbiq olunur. “Facebook” tətbiqindən başqa səhifələrə yönləndirmə, eləcə də “Messenger” vasitəsilə edilən səsli və video zənglərə görə adi qaydada haqq tutulacaq.

“İndi “Facebook”dan istifadə etməyən smartfon istifadəçisi ilə çətin rastlaşa bilərsiz. Biz istəyirik ki, abunəçilərimiz bir-birinə daha yaxın olmaq və bir-biri ilə daha sərfəli tariflərlə əlaqə yaratmaq üçün daha çox imkana malik olsunlar. Hər hansı bir “Bakcell” məhsulunun və ya xidmətinin yaradılması prosesində bizi motivasiya edən ən əsas amillərdən biri abunəçilərimizin bundan maksimal faydalanmasıdır. Buna görə də biz abunəçilərimizə daim bir-birindən cəlbedici məhsullar təqdim edirik. İnanırıq ki, abunəçilərimiz bu təklifdən faydalanacaq və şəbəkəmizdən istifadə edərkən həmçinin pula qənaət edəcəklər”, - deyə Fedja Hadziç qeyd edib.

Qeyd edək ki, bütün yeni və mövcud “DoğmaCİN” abunəçiləri *515*1#YES abunə kodunu yığaraq bu təklifdən faydalana bilərlər. Buna görə nömrənin balansından heç bir haqq tutulmur və qoşulan abunəçilər “Facebook” tətbiqindən 7 günlük pulsuz istifadə edirlər. Sınaq istifadə müddətindən sonra abunəçi “Facebook”dan pulsuz istifadəni davam etdirmək üçün sadəcə öz nömrəsinin balansına vəsait yükləməlidir. Abunəçi hər həftə öz nömrəsinin balansına birdəfəlik 2-4,99 manat artırdıqda 7 gün, ay ərzində 5 manat və ya daha artıq vəsait artırdıqda isə 30 gün müddətində “Facebook”a pulsuz çıxış imkanı qazanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi