Yuxarı
    Bağlamaq

    ​Bakıda domen administratorları və qeydiyyatçılarının beynəlxalq konfransı keçirilir

    Tədbirdə MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin domen administratorları və qeydiyyatçıları iştirak edir

    Bakı. 10 sentyabr.REPORT.AZ/ Bu gün Bakıda MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin domen administratorları və qeydiyyatçılarının VII beynəlxalq konfransı işə başlayıb.

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin domen administratorları və qeydiyyatçıları "New gTLD" proqramının ilk nəticələri, qeydiyyat strukturlarının və qeydiyyatçıların qarşılıqlı fəaliyyət istiqamətləri, qeydiyyat biznesi, istifadəçilər ilə əməkdaşlığın yeni modelləri, qlobal internetin inkişafının hüquqi aspektləri, təhlükəsizlik və DNS mövzuları ətrafında müzakirələr aparılacaq.

    Müxtəlif ölkələrin yüksəksəviyyəli milli domenlərinin aparıcı qeydiyyatçıları və administratorlarının qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə keçirilən tədbiri, İnternet Şəbəkisndə Milli Domenin Əlaqələndirmə Mərkəzi təşkil edib.

    Ekspertlərin fikrincə, internet bazarında biznesin qloballaşması və biznes modellərinin dəyişməsi fonunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal domen adları bazarının inkişafı üçün yeni imkanlar yaratmaq vacibdir.

    Qeyd edək ki, tədbir üç gün davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi