Yuxarı

"Aztelekom" sabit telefon şəbəkəsinə yeni xidmət əlavə edib

585 indeksli sabit telefon şəbəkəsi regionları da əhatə edəcək

Bakı. 2 mart. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi innovativ texnologiyaların tətbiqi nəticəsində sabit telefon şəbəkəsinə yeni xidmət əlavə edib.

“Report” “Aztelekom” İB-ə istinadən məlumat verir ki, Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyəcək. Belə ki, regionlarda Birliyin hər bir müştərisi paytaxt telefonlarından istifadə edə biləcək. Bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi ölkə ərazisində istənilən yerlə daşınacaq. Şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq.

“Aztelekom” İB-dən bildirilib ki, daşınan telefonlarla Naxçıvan MR istisna olmaqla bütün respublika ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür. Ayda 15 manat abunə haqqı ödəməklə 585 indeksi ilə telefonlara sahib olmaq mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi