“Aztelekom” rabitə xidmətlərinin keyfiyyətini müəyyənləşdirmək üçün əhali arasında sorğu keçirir

“Aztelekom” rabitə xidmətlərinin keyfiyyətini müəyyənləşdirmək üçün əhali arasında sorğu keçirir Sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edir
İKT
24 Avqust , 2016 18:44
“Aztelekom” rabitə xidmətlərinin keyfiyyətini müəyyənləşdirmək üçün əhali arasında sorğu keçirir

Bakı. 24 avqust. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC əhaliyə təqdim edilən rabitə xidmətlərinin keyfiyyətini, mövcud rabitə infrastrukturunda olan problemləri və müştəri məmnunluğunu müəyyən etmək üçün əhali arasında sorğu keçirir.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan “Report”a verilən xəbərə görə, sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edir. İlkin mərhələdə Abşeron, Xaçmaz, Lənkəran rayonları və Gəncə şəhərinin sakinləri sorğuya cəlb olunacaq.

İki müxtəlif auditoriyanı əhatə edən sorğu rabitə xidmətlərindən istifadə edən və bu xidmətlərdən istifadə etməyən vətəndaşlar arasında keçiriləcək.

“Aztelekom” MMC-nin Baş direktor vəzifəsini icra edən Suat Paşayev bildirib ki, sorğunun keçirilməsində əsas məqsəd rabitə xidmətlərinin keyfiyyətini, mövcud rabitə infrastrukturunda olan problemləri və müştəri məmnunluğunu müəyyən etməkdir: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əsas şərt kimi irəli sürüb. Nazirliyin tapşırığına uyğun olaraq rabitə birlik müəssisələri ilk öncə mövcud problemləri müəyyənləşdirməli və daha sonra onu aradan qaldırmalıdır. “Aztelekom” olaraq biz mövcud problemi vətəndaşın özündən öyrənməyə çalışırıq. Sorğu keçirilməsi yolu ilə rabitə və internet xidmətlərindən istifadə zamanı vətəndaşların üzləşdikləri problemləri və ya telekommunikasiya xdmətlərindən istifadə etməmə səbələrinin aydınlaşdıracağıq. Bu üsul problemlərin aradan qaldırılmasında bizə kömək edəcək. Sorğunun nəticələri analiz edildikdən sonra biz növbəti mərhələ olaraq problemlərin aradan qaldırılmasına çalışacağıq”.

Bu gün MMC-nin 4 rayonda keçirəcəyi sorğuda 400 vətəndaşın iştirakı nəzərdə tutulur. Sorğu başa çatdıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi