"Aztelekom" ötən ili 10 mln. manatdan artıq xalis mənfəətlə başa vurub

"Aztelekom" ötən ili 10 mln. manatdan artıq xalis mənfəətlə başa vurub Bakı. 15 noyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 223,432 mln. manat təşkil edib.
İKT
15 Noyabr , 2017 10:39
Aztelekom ötən ili 10 mln. manatdan artıq xalis mənfəətlə başa vurub

Bakı. 15 noyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 223,432 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,9% azdır.

Hesabat dövründə “Aztelekom”in cəmi öhdəlikləri 33,6% azalaraq 47,901 mln. manata düşüb, cəmi kapitalı isə bölüşdürülməmiş mənfəət hesabına 6,2% artaraq 175,531 mln. manata çatıb. Rabitə müəssisəsinin nizamnamə kapitalı isə 22,244 mln. manat olaraq qalıb.

2016-cı ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəliri 90,882 mln. manat (2015-ci ilə nisbətən 5,2% çox), xidmətlərinin maya dəyəri 58,674 mln. manat (3,6% çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 28,019 mln. manat (26,55% az), maliyyə xərcləri 2,896 mln. manat (76,9% az), digər qeyri-əməliyyat gəlirləri 9,93 mln. manat (2015-ci ildə şirkət bu istiqamətdə gəlir əldə etməyib) təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki mənfəəti 11,223 mln. manat olub.

“Aztelekom” bunun 964 min manatını mənfəət vergisi kimi ödəyib və ötən ili 10,259 mln. manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, şirkət 2015-ci ildən 20,062 mln. manat xalis zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi