“Aztelekom” ötən ili zərərlə başa vurub

“Aztelekom” ötən ili zərərlə başa vurub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 222,365 mln. manat təşkil edib.
İKT
14 İyun , 2019 09:53
“Aztelekom” ötən ili zərərlə başa vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 222,365 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,15% çoxdur. 

Hesabat dövründə “Aztelekom”in cəmi öhdəlikləri 52,25% artaraq 49,206 mln. manata çatıb, cəmi kapitalı isə 4,4% azalaraq 173,159 mln. manata düşüb, o cümlədən nizamnamə kapitalı 1,3% artaraq 22,525 mln. manat olub. 

2018-ci ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəliri 78,237 mln. manat (2017-ci ilə nisbətən 4,55% çox), xidmətlərinin maya dəyəri 56,331 mln. manat (3,3% çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 33,597 mln. manat (33,3% çox), maliyyə aktivlərinin dəyərsizləşməsindən zərəri 2,385 mln. manat (əvvəlki il olmayıb), maliyyə xərcləri 517 min manat (44,6% az), digər qeyri-əməliyyat gəlirləri 2,178 mln. manat (85,1% az), digər qeyri-əməliyyat xərcləri isə 125 min manat (əvvəlki il olmayıb) təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki zərəri 12,54 mln. manat olub. Halbuki, əvvəlki il rabitə müəssisəsi 8,756 mln. manat vergiyəqədərki mənfəətə nail olmuşdu. 

Ötən il “Aztelekom” əvvəlki ilə nisbətən 39,7% çox – 4,3444 mln. manat mənfəət vergisi ödəyib və 2018-ci ili 16,884 mln. manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2017-ci ildən 5,647 mln. manat xalis mənfəətlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi