“AzInTelecom”un Maliyyə Departamentinin direktoru işdən çıxıb

“AzInTelecom”un Maliyyə Departamentinin direktoru işdən çıxıb Bakı. 10 dekabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Maliyyə Departamentinin direktoru Fuad Əhmədov işdən çıxıb.
İKT
10 Dekabr , 2018 15:57
“AzInTelecom”un Maliyyə Departamentinin direktoru işdən çıxıb
0 : 00
0 : 00

Bakı. 10 dekabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Maliyyə Departamentinin direktoru Fuad Əhmədov işdən çıxıb.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb. Sözügedən departamentin rəhbəri vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq “AzInTelecom”un baş mühasibi Aytən Şirəliyeva icra edir.

Xatırladaq ki, "AzInTelecom” 2015-ci ilin iyun ayında yaradılıb. Onun nizamnamə kapitalı 8 min manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir.

“AzInTelecom” bu ilin mart ayında “Azercell Telecom”un səhmlərinin 51,3%-ni əldə edib.

Son xəbərlər

Orphus sistemi