Yuxarı

"Azİntelecom" data mərkəzinin alınması üçün tender keçirir

Tender təklifləri avqustun 8-dək təqdim olunmalıdır

Bakı. 27 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azİntelecom” MMC konteyneriçi DATA mərkəzinin alınması ilə əlaqədar açıq tender elan edib.

“Report” xəbər verir ki, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır.

Tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində vəsaiti qurumun hesabına köçürə və Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Azİntelecom”un inzibati binasında (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi,77) ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır və iddiaçılar tenderdə iştirak etmək üçün zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olan tender təklifi təqdim etməlidir. Həmçinin, tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı da təqdim olunmalıdır.

Sənədlər Azərbaycan dilində, iki nüsxədə tərtib olunmalıdır. Xarici dildə olan tender təklifləri isə Azərbaycan dilinə tərcümə olunmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və bank təminatı istisna olmaqla digər sənədləri avqustun 2-dək, tender təklifi və bank təminatını isə avqustun 8-dək təqdim etməlidir. İddiaçıların təklifləri avqustun 11-də “Azİntelecom”un baş ofisində açılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi