"Azərsu" İKT avadanlığı və proqram təminatlarının alınması üçün tender keçirir

"Azərsu" İKT avadanlığı və proqram təminatlarının alınması üçün tender keçirir İddiaçılar tender təklifini martın 16-ı saat 18:00-dək təqdim etməlidirlər
İKT
3 Fevral , 2017 20:09
Azərsu İKT avadanlığı və proqram təminatlarının alınması üçün tender keçirir

Bakı. 3 fevral. REPORT.AZ/ “Azərsu” ASC “İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) avadanlığı və proqram təminatlarının (lisenziyalar)” satın alınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tender 3 lot - avadanlığın, kartriclərin, elektrik malları və alətlərin (Lot-1), proqram təminatlarının (lisenziyalar - Lot-2), avtomatlaşdırma və SCADA sistemlərinin elementlərinin hissələrinə dair avadanlığın (Lot-3) satın alınması üzrə keçirilir.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 200 manat iştirak haqqı ödəməlidirlər. İddiaçılar tələb olunan sənədləri martın 9-u saat 18:00-dan, tender təklifini isə martın 16-ı saat 18:00-dan gec olmayaraq “Azərsu”ya (Bakı şəhəri, Moskva prospekti, 67) təqdim etməlidirlər.

Təklif zərfləri martın 17-i saat 15:00-da ASC-də açılacaq.

Son xəbərlər

Orphus sistemi