"Azerspace-2" sayəsində şirkətin əhatə zonası da genişlənəcək

"Azerspace-2" sayəsində şirkətin əhatə zonası da genişlənəcək O, "Azerspace-1"in orbitdəki ehtiyatı da olacaq
İKT
8 Fevral , 2017 17:59
Azerspace-2 sayəsində şirkətin əhatə zonası da genişlənəcək

Bakı. 8 fevral. REPORT.AZ/ “Azərkosmos” ASC 2017-ci il üçün olan planlarını açıqlayıb. 

ASC-dən "Report"a veriən məlumata görə, kosmik cəmiyyətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir.

"Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki - “Azerspace-2”ni 45° Şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. “Azerspace-2” regionda artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1” orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”a müştərilərinə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, "Azerspace-2" sayəsində şirkətin əhatə zonası da genişlənəcək", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi