Yuxarı
    Bağlamaq

    “Azerspace-1” peykinə ötürülən kanallara nəzarət gücləndirilib

    Kanalların yeni monitorinq sistemi quraşdırılıb istismara verilib

    Bakı. 13 avqust. REPORT.AZ/ Bakı Teleqüllə Kompleksində yerləşən “Peyk” mərkəzindən “Azerspace-1” peykinə ötürülən tele və radiokanallara nəzarət daha da təkmilləşdirilib və gücləndirilib.

    “Report” bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyindən verilən məlumata görə, peykə ötürülən siqnalların görüntü və səs keyfiyyətinə 24/7 saatlıq iş rejimində nəzarəti həyata keçirmək üçün peykdən yayımlanan kanalların yeni monitorinq sistemi quraşdırılıb istismara verilib.

    “Azerspace-1” peykinin 3 transponderinə, 11175,0 MHs tezliyində Azərbaycan paketinə (9 TV və 10 radio proqram), 11135,0 MHs tezliyində (13 TV və 3 radio proqram) və 11095,0 MHs tezliyində yayımlanan xarici paketlərə (11 TV və 7 radio proqram) yeni peyk monitorinq sistemi vasitəsi ilə birbaşa nəzarət həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi