"Azerspace-1"dən yanvarda 423 min. dollar gəlir əldə edilib

"Azerspace-1"dən yanvarda 423 min. dollar gəlir əldə edilib Peyk BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə xidmət göstərib
İKT
5 Mart , 2018 13:12
Azerspace-1dən yanvarda 423 min. dollar gəlir əldə edilib

Bakı. 5 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azerbaijan International Mining Company Ltd.”nin Azərbaycandakı nümayəndəliyi, “Agrodoctor" MMC, "MKT İstehsalat Kommersiya" MMC, “Gulf Drilling Supply FZE” şirkətinin Azərbaycandakı Filialı, “CTS-Agro” MMC, "Baku Steel Company" MMC, "Azagroeksport 2017" MMC, "Food export Şəmkir" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC və “İlham-M” MMC təmsil olunub. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn deyib.

O qeyd edib ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət fərqlənib: "Bunlar SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC-dir".

İİTKM rəsmisi xidmət ixracından da danışıb. Onun sözlərinə görə, 2018-ci ilin yanvar ayında “Azərkosmos” ASC dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edib: "Bu ilin ilk ayında “Azərkosmos” peyk telekommunikasiya xidmətlərininin ("Azerspace-1") ixracından 423 min ABŞ dolları məbləğində gəlir əldə edilib. “Azərkosmos”un yanvarda xidmət ixracı əsasən BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub".

Departament rəhbəri həmçinin bildirib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların aylar üzrə bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 70% artaraq 1,022 mlrd. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi