“Azərpoçt” vətəndaşlara müraciət edib

“Azərpoçt” vətəndaşlara müraciət edib Poçt şirkəti itirilmiş sənədlərin tapılması ilə bağlı layihəyə başlayır
İKT
3 Noyabr , 2016 19:21
“Azərpoçt” vətəndaşlara müraciət edib
Report

Bakı. 3 noyabr.REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC yeni sosial layihəyə başlayır. 

Nazirlikdən "Report"a daxil olan məlumata görə, yeni layihə itirilmiş sənədlərin tapılması ilə bağlıdır. Belə ki, vətəndaşlar tapdıqları hər hansı sənədi istənilən poçt şöbəsinə təqdim edə biləcəklər. Sənədini axtaran şəxslər isə ən yaxındakı poçtdan bu barədə məlumat və tapıldığı təqdirdə sənədi ala biləcəklər.

Hazırda layihənin reallaşdırılması üçün zəruri işlər aparılır. Yeni xidmət barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi