Yuxarı
    Bağlamaq

    "Azərpoçt" və "Bakcell" yeni layihəyə başlayıb

    İki şirkət birgə bonus kampaniyası keçirir

    Bakı. 17 avqust. REPORT.AZ/ “Azərpoçt” MMC və "Bakcell" mobil rabitə operatoru yeni müştərək layihəyə start verib. "Azərpoçt"dan "Report"a verilən məlumata görə, "Bakcell"in "Ulduzum" kampaniyası çərçivəsində bu mobil operatorun bütün abunəçiləri "Azərpoçt"un bütün məhsul və xidmətlərindən istifadə edə bilərlər.

    Kampaniyada iştirak edərək "Bakcell" dəqiqələrini qazanmaq üçün "Ulduzum" istifadəçisi respublikanın istənilən nöqtəsində yerləşən "Azərpoçt"un poçt şöbələrinə yaxınlaşaraq, ən azı 10 manat məbləğində pul köçürməsini həyata keçirməlidir. Hər 10 manat və ondan yuxarı respublikadaxili pul köçürməsi edən "Bakcell" istifadəçisinə 5 “Bonus dəqiqə”si hədiyyə olunacaq. Bunun üçün abunəçi mütləq öz "Bakcell" nömrəsini "Azərpoçt" əməkdaşına təqdim etməlidir. Əldə olunan bonus dəqiqələri 3 gün ərzində istifadə oluna bilər.

    Qeyd edək ki, kampaniya dekabr ayının 31-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi