Yuxarı

​"Azərpoçt"un aktiv ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 18 mln. manatı ötüb

Milli poçt idarəsi ilə pul köçürmələrin məbləği isə 142,3 mln. manat olub

Bakı. 26 oktyabr. REPORT.AZ/ 2015-ci ilin 9 ayı ərzində “Azərpoct” MMC-nin tabeçiliyində olan poçt filiallarının bütün lisenziyalı PŞ-ləri "Contact", "Caspian Money Transfer", "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sisteminə qoşulub və əhalinin istifadəsinə verilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən xəbərə görə, oktyabrın 1-nə tarixinə “Azəpoçt” MMC-yə məxsus aktiv ödəniş kartlarının sayı 11 326 ədəd olub və hesabat dövründə bu kartlar üzərindən aparılan əməliyyatların həcmi 18 mln. manatı ötüb. Hazırda MMC 15 ədəd ATM və 127 ədəd POS terminal vasitəsilə ekvayer fəaliyyətini həyata keçirir. Sözügedən POS terminallardan 10-u hesabat dövründə quraşdırılıb. Dövr ərzində ödəniş kartının istifadəsi üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və həyata keçirilən əməliyyatlar haqqında operativ formada məlumatın əldə edilməsi məqsədilə “Mobil bankçılıq” xidməti MMC-nin kart sahiblərinin istifadəsinə verilib.

Hesabat dövründə “Maliyyə xidmətlərinin inkişafı layihəsi” çərçivəsində tamamilə yenidən qurulan Şirvan PF-nin Müştəri Xidmətləri Mərkəzi istifadəyə verilib. Azərbaycanın beynəlxalq trafik mübadiləsinin alternativliyinin təmin edilməsi, həmçinin rabitənin keyfiyyətinin artırılması məqsədilə həyata kecirilmiş beynəlxalq tenderin nəticəsi olaraq EATS-594/595-də İP əsaslı Beynəlxalq Kommutasiya Sisteminin quraşdırılması uzrə işlər hesabat dövründə davam etdirilib. Həmçinin 2015-ci ilin 9 ayında maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün Mərkəzi Bankdan icazələrin alınması işi davam etdirilib və “Azərpoct” MMC üzrə alınmış icazələrin ümumi sayı 1167 (RPF-10, PF-53 və PŞ-1104) ədəd olub.

Bundan başqa, poçt şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilib.Əhalinin poçt xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə 1 PŞ və 3 Poçt Agentliyi açılaraq əhalininistifadəsinə verilib, 13 ədəd PŞ binası (o cümlədən 7-si Naxçıvan MR RYTN üzrə) tikilib, 10 ədəd inzibati və 11 ədəd PŞ binası təmir olunub və hazırda 3 ədəd PŞ binasının tikintisi işləri aparılır.

2015-ci ilin 9 ayı üzrə daxili sadə və sifarişli məktub korrespondensiyalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7% artaraq 5 573 608 ədəd, daxil olan beynəlxalq kiçik paketlərin sayı isə 27,9% artaraq 613 672 ədəd təşkil edib. Habelə pul köçürmələrinin sayı 48,7% artaraq 1794 445 ədəd, məbləği isə 3,9% artaraq 142,3 mln. manat, teleqramların sayı 2,9% artaraq 136 290 ədəd olub. Lakin, bağlamaların sayı 6,2%, beynəlxalq göndərilən kiçik paketlərin sayı 2,3% azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi