Yuxarı

​"Azərpoçt" rentabelli fəaliyyətə başlayıb

Azərbaycan və Dünya Bankı poçt sahəsi ilə bağlı ikinci layihəyə başlayır

Bakı. 14 may.REPORT.AZ/ "Azərpoçt" MMC artıq rentabelli fəaliyyətə keçib. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: "Dünya Bankından aldığı kreditləri "Azərpoçt" artıq öz rentabelliyi hesabına qaytarmağa başlayıb".

Nazir əlavə edib ki, Dünya Bankı ilə artıq ikinci bir layihə üzrə danışıqlara başlanılıb.

"Bu layihə "Azərpoçt"un həm infrastrukturunun yaxşılaşdırılmasına, həm də mikrokreditlərin verilməsi üçün təqdim edilən təkliflərə əsaslanır. Biz bunun üzərində işləyirik",- deyə Ə.Abbasov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi