“Azərpoçt” ötən ili zərərlə başa vurub

“Azərpoçt” ötən ili zərərlə başa vurub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 147,165 mln. manat təşkil edib.
İKT
15 İyun , 2019 11:22
“Azərpoçt” ötən ili zərərlə başa vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 147,165 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 27,7% çoxdur.

2018-ci ildə “Azərpoçt”un uzunmüddətli aktivləri 4,6% azalaraq 54,474 mln. manata düşüb, qısamüddətli aktivləri isə 59,45% artaraq 92,691 mln. manata çatıb.

Ötən il “Azərpoçt”un cəmi öhdəlikləri 58,6% artaraq 90,672 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 5,6% azalaraq 13,479 mln. manat, qısamüddətli öhdəlikləri isə 79,9% artaraq 77,193 mln. manat təşkil edib. Hesabat dövründə şirkətin cəmi kapitalı isə 2,7% azalaraq 56,492 mln. manat olub.

2018-ci ildə “Azərpoçt”un göstərdiyi xidmətlərdən gəlirləri 45,622 mln. manat (2017-ci ilə nisbətən 0,15% az), xidmətlərinin maya dəyəri 29,501 mln. manat (3,9% çox), digər əməliyyat gəlirləri 1,039 mln. manat (56,9% az), digər əməliyyat xərcləri 18,055 mln. manat (2,6% çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 298 min manat (2,35 dəfə çox), maliyyə xərcləri 10 min manat (2017-cı ildə gəlir olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 47 min manat (2017-ci ildə olmayıb) təşkil edib. 

Son nəticədə “Azərpoçt” ötən ili 1,156 mln. manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2017-ci ildən 2,952 mln. manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, “Azərpoçt” 1999-cu ildən fəaliyyət göstərən “Azərpoçt” Dövlət Müəssisənin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,344 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi