Yuxarı
    Bağlamaq

    "Azərpoçt"da dövlət büdcəsindən gizlədilən vəsait aşkarlanıb

    Bu barədə Hesablama Palatasının hesabatında qeyd edilib

    Bakı. 8 aprel. REPORT.AZ/ "Azərpoçt" MMC tərəfindən dövlət büdcəsinə gəlirlərin hesablanması və ödənilməsi, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun Hesablama Palatası və Vergilər Nazirliyi ilə birgə auditi aparılıb. Audit nəticəsində cəmiyyət tərəfindən qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və icra müqavilələri bağlanmadan balansında olan və Bakı şəhərində yerləşən 4 061,4 kv. metr qeyri-yaşayış sahəsi ofis kimi kommersiya hüquqi şəxslərə icarəyə verilib, bu əməliyyat üzrə qanunvericiliyə uyğun olaraq icarə haqqının 50%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilməyib.

    “Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.

    Sənəddə deyilir ki, mənfəət vergisinin bəyannamələrində müəssisənin zərəri düzgün göstərilməyib, universal poçt rabitəsi xidmətlərinin təqdim edilməsindən yaranan zərərin kompensasiyası üçün dövlət büdcəsindən alınmış subsidiyanın ƏDV-yə cəlb edilməməsi, eləcə də MMC-nin nizamnamə kapitalına aid edilən və eyni zamanda qanunvericiliklə ƏDV-yə cəlb edilməsi nəzərdə tutulmayan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən, vergi hesab faktuaları üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi nəticəsində kommersiya fəaliyyəti üzrə malların (işlərin, xidmətlərin) təqdim edilməsindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği 1 169, 9 min manat azaldılıb, 29,7 min manat məbləğində ƏDV vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturaları üzrə alınmış malların (işlər, xidmətlər) dəyəri ödənilən gündən gec ödənilib, vergitutma bazasının düzgün müəyyən edilməməsi səbəbindən əmlak vergisi 3,8 min manat artıq hesablanıb.

    Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub və aprelin 15-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi