"Azərkosmos" yeni peykin orbitə çıxarılması üçün "Intelsat"la müqavilə imzalayıb

"Azərkosmos" yeni peykin orbitə çıxarılması üçün "Intelsat"la müqavilə imzalayıb Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasının cənubda yerləşən Afrika ölkələrini əhatə edəcək
İKT
18 Fevral , 2015 10:21
Azərkosmos yeni peykin orbitə çıxarılması üçün Intelsatla müqavilə imzalayıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanın milli peyk operatoru olan “Azərkosmos” ASC və peyk xidmətləri görsətən "Intelsat S.A." (NYSE: I) şirkəti  arasında 45° şərq uzunluğu orbital mövqeyinə yeni peykin qaldırılması barədə strateji razılaşma imzalanıb.

“Report” “Azərkosmos”a istinadən məlumat verir ki, “Azərkosmos” Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrində artan tələbi qarşılayacaq ikinci telekommunikasiya peyki üçün orbital mövqe əldə edib. İki şirkət növbəti iki il ərzində "Azerspace-2" peykinin dizaynı üçün yaxından əməkdaşlıq edəcək və peykin istehsalı və idarə olunması mərhələlərində bir-birinin imkan və təcrübəsindən bəhrələnəcək.

Yeni peyk həm də birinci telekommunikasiya peyki olan "Azerspace-1"-in orbitdəki ehtiyatı olacaq. Həmçinin "Azerspace-2" sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev qeyd edib ki, ”Azərkosmos”un əhatə zonasında olan regionlarda – MDB ölkələri, Afrika və Asiya – peyk tutumlarına olan tələbat artmaqda davam edir və "Azerspace-2"-nin regionda daha geniş peyk xidmətləri göstərməsi planların tərkib hissəsidir.

"Intelsat" şirkətinin baş icraçı direktorunun müavini Stefan Spenqler bildirib ki, “Azərkosmos” ilə əməkdaşlıq digər peyk operatorları ilə strateji əməkdaşlıq “Intelsat”a hazırkı aktivlərindən istifadə etməklə tutum əldə etmək və orbital hüquqların dəyərini artırmağa imkan verəcək. Nəticə etibarilə, "Azerspace-2" Mərkəzi Avropa, Şərqi Avropa, Asiya və Sakit Okean regionlarında olan aparıcı DTH platformaları da daxil olmaqla bu orbital mövqedə olan müştərilərin böyümək hədəflərini dəstəkləyəcək, Afrikada olan korporativ şəbəkələr üçün peyk əsaslı rabitə təmin edəcək.

Qeyd edək ki, "Azerspace-2"-nin 2017-ci ildə orbitə çıxarılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi