Yuxarı
    Bağlamaq

    “Azərkosmos” xaricdə müştəri xidmətlərinə hüquqi dəstək verməyə hazırlaşır

    Bu məqsədlə şirkət kortirovka sorğusu elan edib

    Bakı. 13 sentyabr. REPORT.AZ/ “Azərkosmos” ASC xarici ölkələrdə müştəri xidmətlərinə hüquqi dəstək vermək üçün kotirovka sorğusu elan edib.

    "Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, şirkətlər sorğuda iştirak etməyə dəvət olunur.

    Xarici ölkələrdə müştəri xidmətlərinə hüquqi dəstək xidmətini (Türkiyə, Gürcüstan və Ərəbistan yarımadasının ölkələri) təşkil etmək marağında olan hüquq şirkətin qiymət kotirovkası 21 sentyabr saat 18:00-a qədər Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi,72, M5 nömrəli ünvanda yerləşən “Azərkosmos” ASC-yə təqdim olunmalıdır.

    Təkliflər paketi 22 sentyabr saat 12:00-da qeyd olunan ünvanda açılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi