“Azərkosmos” və “CaspianSAT” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“Azərkosmos” və “CaspianSAT” arasında əməkdaşlıq müqaviləsi imzalanıb “Azərkosmos” ASC və dənizdə rabitə xidmətləri təklif edən “CaspianSAT” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
İKT
11 Oktyabr , 2019 19:29
“Azərkosmos” və “CaspianSAT” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərkosmos” ASC və dənizdə rabitə xidmətləri təklif edən “CaspianSAT” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

"Report" bu barədə "Azərkosmos"a istinadən xəbər verir. 

Müqaviləyə əsasən, “CaspianSAT” şirkəti “Azerspace-1” və “Azerspace-2” peyklərinin resurslarından istifadə edərək Xəzər, Qara və Azov dənizləri, İran körfəzi, Volqa çayı və Aralıq dənizinin şərq hissəsində hərəkət edən gəmilərdə etibarlı rabitə təqdim edəcək.

Bu ilin oktyabr ayından etibarən artıq “CaspianSAT” platforması üzərindən “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə peyk interneti, telefoniya və televiziya yayımı kimi əsas telekommunikasiya tələblərini əhatə edən həllər və gəmilərdə bir sıra digər əlavə xidmətlər həyata keçirilir. 

2014-cü ildən bəri fəaliyyət göstərən Azərbaycan şirkəti - "CaspianSat" Xəzər Dənizində gəmilərə və qurğulara peyk telekommunikasiya xidmətlərinin təqdim edilməsi sahəsində ixtisaslaşıb. “CaspianSat” şirkətinin təqdim etdiyi həllər ənənəvi kommunikasiya mümkün olmayan və ya çətinliklə əmələ gələn yerlər üçün nəzərdə tutulub.

“CaspianSat” dənizdə çalışan yerli və xarici təşkilatların, dəniz neft-qaz operatorlarının və onların xidmət təminatçılarının ehtiyaclarını və tələblərini qarşılamaq üçün geniş zolaqlı, data, səs və video kommunikasiya növlərini özündə ehtiva edən qabaqcıl telekommunikasiya həllərini təmin edir və tam məsafədən idarə olunan dəniz kommunikasiya şəbəkələrinin yaradılması üzrə təcrübəyə malikdir.

Son xəbərlər

Orphus sistemi