"Azərkosmos": Türkiyədən hər hansı bir rəsmi əməkdaşlıq müraciəti daxil olmayıb

"Azərkosmos": Türkiyədən hər hansı bir rəsmi əməkdaşlıq müraciəti daxil olmayıb "Azərkosmos" ASC: Türkiyə mətbuatında yayılan xəbərlər həqiqəti əks etdirmir
İKT
15 İyul , 2015 15:53
Azərkosmos: Türkiyədən hər hansı bir rəsmi əməkdaşlıq müraciəti daxil olmayıb

Bakı. 15 iyul. REPORT.AZ/ Türkiyədən Azərbaycana "ortaq peyk istifadəsi" mövzusunda hər hansı bir rəsmi müraciət edilməyib. “Report” xəbər verir ki, bu barədə “Azərkosmos" ASC Türkiyə mediasına açıqlama verib. 

Bir müddət əvvəl Türkiyə mətbuatında Azərbaycanın “Türksat” peykinin əməkdaşlığını rədd etməsi ilə bağlı məlumatlar yayılıb. Məsələyə münasibət bildirən “Azərkosmos" xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.

Cəmiyyətdən bildirilib ki, Türkiyədən “Azərkosmos" ASC-yə bu günə qədər ortaq peyk istifadəsi mövzusunda hər hansı bir rəsmi müraciət daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi