“Azərkosmos” tender keçirir

“Azərkosmos” tender keçirir Cəmiyyətin Naxçıvanda yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzində işlər görüləcək
İKT
25 Aprel , 2017 09:54
“Azərkosmos” tender keçirir

Bakı. 25 aprel. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərkosmos” ASC Naxçıvan MR-də yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində antena meydançasının və onunla əlaqədar digər obyektlərin tikintisi, yenidənqurma işlərinin satınalınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 170 manatdır.

İddiaçılar tender təklifini və onun dəyərinin 1%-i qədər bank təminatını mayın 25-nə qədər Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında (5-ci mərtəbə) təqdim etməlidirlər.

Təkliflərə mayın 26-da, saat 11:00-da “Azərkosmos”un iclas zalında baxılacaq. 

Son xəbərlər

Orphus sistemi