​“Azərkosmos” Milli Aviasiya Akademiyasının tələbələri üçün seminar təşkil edib

​“Azərkosmos” Milli Aviasiya Akademiyasının tələbələri üçün seminar təşkil edib "Azərkosmos"un texniki əməkdaşları tərəfindən təşkil olunan silsilə seminarlar davamlı olaraq keçiriləcək
İKT
22 Oktyabr , 2015 20:07
​“Azərkosmos” Milli Aviasiya Akademiyasının tələbələri üçün seminar təşkil edib

Bakı. 22 oktyabr.REPORT.AZ/ Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC Milli Aviasiya Akademiyası tələbələri üçün "Azərkosmos" və onun fəaliyyəti ilə bağlı seminar keçirib. Bu barədə "Report"a "Azərkosmos"dan məlumat verilib.

Məlumata görə, seminarın əsas məqsədi ölkəmizdə kosmik sahədə təhsil alan gənclərin bu sahəyə olan marağını daha da artırmaq, süni peyklərin orbitə buraxılması və idarəolunması haqqında tələbələri maarifləndirmək olub. Seminarda Akademiyanın kosmik texnika və texnologiyalar, eləcə də digər əlaqədar ixtisaslar üzrə təhsil alan tələbələrinə və müəllim-professor heyətinə “Azərkosmos” ASC, "Azerspace-1" peyki və onun texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.

"Azərkosmos"un texniki əməkdaşları tərəfindən təşkil olunan silsilə seminarlar davamlı olaraq keçiriləcək və əsasən, peyk idarəetməsinin müxtəlif istiqamətlərini əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi