"Azərkosmos" gəlirini 47% artırıb

"Azərkosmos" gəlirini 47% artırıb Bu ilin I yarısında “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə 21,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
İKT
23 İyul , 2019 16:34
Azərkosmos gəlirini 47% artırıb

Bu ilin I yarısında “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə 21,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. 

“Report” şirkətə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur. 

"Azərkosmos" ilin sonuna qədər gəlirinin 45 milyon dollar olacağını proqnozlaşdırır. 

Hesabat dövründə şirkətin gəlirinin 90%-i peyk xidmətlərinin ixracından əldə olunub. Onun xidmətini idxal edən əsas ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya və BƏƏ olub. Ümumilikdə, I yarımildə əlavə olaraq 9 ölkədən olan yeni müştərilərlə müqavilələr rəsmiləşdirilib. Peyklər vasitəsilə yayımlanan 150-dən çox televiziya və radio kanalının ümumilikdə 20 milyondan çox auditoriyası var.

“Azerspace-2” peykinin bu ilin fevral ayında baş tutan uğurlu biznes startı ilə “Azərkosmos” regional peyk xidmətləri bazarında artıq etibarlı və özünü təsdiq etmiş peyk xidmətləri operatoru mövqeyi qazanıb. Yeni peyk “Azərkosmos”a ABŞ, BƏƏ və Tanzaniyadan olan yeni müştərilərə xidmət göstərmək imkanı yaradıb. Azərbaycan da daxil olmaqla Baltikyanı, Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan 13 ölkənin qurumları “Azersky” – Yer səthinin məsafədən müşahidəsi peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və xəritəçəkmə, ekoloji layihələndirmə, torpaqların təyinatı və monitorinqində istifadə ediblər. 

Son xəbərlər

Orphus sistemi