“Azərkosmos” bu ilin 9 ayında 30 milyon dollarlıq xidmət ixrac edib

“Azərkosmos” bu ilin 9 ayında 30 milyon dollarlıq xidmət ixrac edib Bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC 24 ölkəyə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.
İKT
30 Oktyabr , 2019 12:02
“Azərkosmos” bu ilin 9 ayında 30 milyon dollarlıq xidmət ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC 24 ölkəyə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. 

Məlumata görə, səhmdar cəmiyyətinin xidmət ixracından əldə etdiyi gəlirlər onun ümumi gəlirlərinin 88%-ni təşkil edib. Qurumun xidmətlərini əsasən ABŞ, Fransa, Böyük Britaniya, Malayziya, BƏƏ idxal edib. 

Təkcə sentyabrda isə “Azərkosmos” 20 ölkəyə 2,2 milyon dollar dəyərində xidmət ixrac edib. 

Son xəbərlər

Orphus sistemi