​“Azərkosmos” Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

​“Azərkosmos” Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb Müqaviləyə əsasən, peyk təsvirlərinin bir hissəsi "Azersky", digər hissəsi isə "Pleiades" peyki ilə çəkiləcək
İKT
23 Oktyabr , 2015 18:40
​“Azərkosmos” Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Azərkosmos” ASC və Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi arasında "Azersky" peykindən əldə olunan təsvirlərin “Torpaq Sahələrinin İdentifikasiya Sistemi” (TSİS) layihəsi çərçivəsində kənd təsərrüfatında istifadəsi üzrə müqavilə imzalanıb. 

"Report"un verdiyi xəbərə görə, bu barədə “Azərkosmos” məlumat yayıb. 

TSİS layihəsi Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir və bulayihəyəəsasən,əldə ediləcək peyk təsvirlərindən rəqəmsal ortofotolaralınması üçün istifadə ediləcək. Peyk təsvirlərinin məhz bu layihədə istifadəsi həm kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, həm də digər təyinatlı torpaq sahələrinin identifikasiyası üçün nəzərdə tutulub. Müqaviləyə əsasən, peyk təsvirlərinin bir hissəsi "Azersky" peyki ilə, digər hissəsi isə "Azərkosmos"un partnyoru olduğu “Airbus Defence and Space” şirkətinin 0.5m ayrıdetməli "Pleiades" peyki ilə çəkiləcək. Çəkilişlərin bu ilin sonuna kimi yekunlaşacağı planlaşdırılıb.

Qeyd edək ki, bu ilin 22 aprel tarixində “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində Azərkosmosun və Fransanın “Airbus Defence və Space” şirkətinin əməkdaşlarının birgə təşkil etdiyi Yerin məsafədən müşahidə peyki olan "Azersky" peyki vasitəsilə əldə olunan peyk təsvirlərinin kənd təsərrüfatı sahəsində tətbiqi mövzusuna dair seminarda bu layihələrlə bağlı müzakirələr olub. Aidiyyəti benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi