​"Azərişıq" mobil telefon istifadəçiləri üçün yeni xidməti istifadəyə verib

​"Azərişıq" mobil telefon istifadəçiləri üçün yeni xidməti istifadəyə verib "Azərişıq" proqramını "PlayStore" və "Apple Store"dan yükləmək olar
İKT
18 May , 2016 17:36
​Azərişıq mobil telefon istifadəçiləri üçün yeni xidməti istifadəyə verib

Bakı. 18 may. REPORT.AZ/ “Azərişıq" ASC "iOS" və "Android" tipli mobil telefon istifadəçiləri üçün yeni xidmət istifadəyə verib. “Report” xəbər verir ki, qurumun hazırladığı mobil əlavələr vasitəsilə bir neçə əməliyyatı yerinə yetirmək olar.

Yeni "Azərişıq" tətbiqi vasitəsilə abonentlər elektrik enerjisi sərfiyyatlarını görə, elektrik enerjisinə görə aylıq fakturaları izləyə, elektron müraciət göndərə, elektrik enerjisi borcunu onlayn ödəyə, “smart” sayğac istifadəçilərinin onlayn balanslarını öyrənə və artıra biləcəklər.

Qeyd edək ki, proqram Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilib. Proqramı “PlayStore” və "Apple Store"dan ödənişsiz yükləmək mümkündür.

Son xəbərlər

Orphus sistemi