"Azərişıq"ın daha bir xidməti "Elektron hökumət"ə inteqrasiya edilib

"Azərişıq"ın daha bir xidməti "Elektron hökumət"ə inteqrasiya edilib Bu xidmət vasitəsilə elektrik təchizatına texniki şərtlərin verilməsi üçün quruma müraciət etmək olar
İKT
19 May , 2015 15:48
Azərişıqın daha bir xidməti Elektron hökumətə inteqrasiya edilib

Bakı. 19 may. REPORT.AZ/ “Elektron hökumət” portalında xidmətlərini təqdim edən dövlət qurumlarının sırasına yenisi qoşulub. 

"Report" Məlumat Hesablama Mərkəzinə (MHM) istinadən xəbər verir ki, artıq “Azərişıq” ASC “Texniki şərt üçün müraciət forması” elektron xidmətini portal üzərindən göstərməyə başlayıb.

Sözügedən xidmət vasitəsilə elektrik təchizatına texniki şərtlərin verilməsi üçün quruma müraciət etmək olar.

Obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri, gərginliyin səviyyəsi, qoşulması nəzərdə tutulan gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər, elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər, elektrik enerjisinin uçotuna olan tələblər və s. göstərilir.

Bu elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiya olunması ilə portalda təqdim olunan xidmətlərin sayı 420-yə çatıb.

Son xəbərlər

Orphus sistemi