“Azercell” yeni konsepsiya mağazasını Qubada təqdim edib

“Azercell” yeni konsepsiya mağazasını Qubada təqdim edib Qubada fəaliyyət göstərəcək bu mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 20:00-a qədər abunəçilərin ixtiyarına verilir
İKT
28 Noyabr , 2017 19:47
“Azercell” yeni konsepsiya mağazasını Qubada təqdim edib

Bakı. 28 noyabr. REPORT.AZ/ “Azercell Telekom” MMC yeni konsepsiyaya uyğun mağazalarının sayını artırmaqda davam edir. 

“Report”un məlumatına görə, regionlarda da yeni tipli eksklüziv mağazaların sayını genişləndirməyi planlaşdıran “Azercell” ötən gün Quba şəhərində yeni konsepsiyaya uyğun eksklüziv mağazasının açılışını edib.

Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən bu mağazanın ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun təşkil olunduğu deyilir:

“Mağazanın xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuarlar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər”.

Qeyd edək ki, Qubada fəaliyyət göstərəcək bu mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 20:00-a qədər abunəçilərin ixtiyarına verilir.

Yeni ofisin açılış günündə “Azercell” müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim edib. Belə ki, açılış günündən etibarən 3 gün müddətində Quba “Azercell Eksklüziv” mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə edə biləcəklər.

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln. nəfər “Azercell”in xidmətlərini seçir.

Son xəbərlər

Orphus sistemi