"Azercell" yeni kampaniyaya başlayıb

"Azercell" yeni kampaniyaya başlayıb Abunəçilər 6 ay boyunca hər ay 5 saat şəbəkədaxili pulsuz danışıq əldə edəcəklər
İKT
4 Mart , 2015 11:28
Azercell yeni kampaniyaya başlayıb

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom" MMC Novruz Bayramı ərəfəsində yeni fakturasız xətt nömrələri və nömrə daşınması xidməti çərçivəsində nömrələrini fakturasız xətt sisteminə daşıyan abunələçilər üçün yeni kampaniyaya start verib.

“Report” mobil operatoun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Azercell"-ə gəl, hər ay pulsuz 5 saat qazan" kampaniyası martın 31-dək davam edəcək. Kampaniyanın keçiriləcəyi bu muddət ərzində "SimSim" nömrəsi aktivləşdirən hər kəs ayda ən azı 5 manat yükləməklə, 6 ay ərzində hər ay pulsuz 5 saat şəbəkədaxili danışıq imkanı əldə edəcək. İstifadə müddəti 5 gün olan hədiyyə saatları şəbəkədaxili zənglər üçün nəzərdə tutulub.

Qeyd edək ki, abunəçi nömrədə mövcud “Bizimkilər” tarif paketini dəyişdiyi halda, kampaniyada iştirakı dayandırılır.

Son xəbərlər

Orphus sistemi