Yuxarı

İltimas Məmmədov ""Azercell" və "Azərfon" arasında operatorlararası danışıqlar ləğv edilmir"

Kent Maknili: Əminəm ki, yaxın vaxtlarda məsələ həllini tapacaq

Bakı. 7 aprel. REPORT.AZ/ ""Azercell" və "Azərfon" şirkətləri arasında operatorlararası danışıqlar ləğv edilmir. Bununla bağlı hər iki şirkətin müraciəti daxil olub". "Report" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, məsələnin tənzimlənməsi bu sahədə mövcud olan qaydalara uyğun olaraq həyata keçirilir: "Güzəştlərin olması da həmin qaydalara uyğun şəkildə tətbiq edilir. Qaydalarda da müqavilə, yəni arabağlantı şərtlərinə dəyişikliklər edilməsi haqda şərt mobil operatorlardan daxil olub. Hər iki şirkətin operatorlar səviyyəsində görüşüb məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi prosesi gedir. Nazirlikdə görüş olub, şirkətlərin arabağlantı münasibətlərinin ortaq nöqtəyə gətirilməsi üçün təkliflər hazırlanıb onlara təqdim edilib".

"Azərfon" şirkətinin baş direktoru Kent Maknili öz növbəsində bildirib ki, rəqib operatorla hər gün dəqiqələrlə danışıqlar həyata keçirilirdi: "Biz əlbəttə bir problem olmasını istəmərik. Burada keyfiyyətdən çox şey asılıdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bu məsələdə bizə dəstək olur. Əminəm ki, yaxın vaxtlarda məsələ həllini tapacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi