Yuxarı
    Bağlamaq

    ​“Azercell” vahid yay rominqinə keçib

    Şirkət fakturalı xətt abunəçilərinə xidməti aktiv etmək üçün tələb olunan depoziti də ləğv edib

    Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan mobil rabitə bazarının lideri “Azercell Telecom” yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün yeni kampaniya keçirir. 

    Şirkətdən “Report”a bilirib ki, iyunun 21-dən avqustun 31-dək “Azercell”in abunəçiləri rominq xidməti çərçivəsində Türkiyə, Avstriya, Belarus, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, Portuqaliya və İspaniyada vahid rominq tariflərindən yaralana bilərlər.

    Ölkə Daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı Bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı Mobil Internet xidmətinin hər bir MB görə xidmət haqqı Göndərilən hər bir SMS-ə görə xidmət haqqı
    Türkiyə 0.32 1.00 0.55 0.15
    Avstriya 0.32 1.50 3.50 0.20
    Belarus 0.32 1.50 3.50 0.20
    Bolqarıstan 0.32 1.50 3.50 0.20
    Xorvatiya 0.32 1.50 3.50 0.20
    Çexiya 0.32 1.50 3.50 0.20
    Fransa 0.32 1.50 3.50 0.20
    Almaniya 0.32 1.50 3.50 0.20
    Macarıstan 0.32 1.50 3.50 0.20
    Portuqaliya 0.32 1.50 3.50 0.20
    İspaniya 0.32 1.50 3.50 0.20

    Məlumata əsasən, rominqdə olan “Azercell” fakturalı və fakturasız xətt (SimSim) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar.

    Eyni zamanda, şirkət fakturalı xətt abunəçilərinə rominq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti də ləğv edib. Bununla da, bütün “Azercell” abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edəcəklər.

    Qeyd edək ki, rominq xidmətini aktiv etmək üçün mobil telefonlardan *135*1#YES kodunu yığmaq lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi