​“Azercell” sosial şəbəkələrdə 100% göstərici ilə liderdir

​“Azercell” sosial şəbəkələrdə 100% göstərici ilə liderdir Şirkət “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından “Socially Devoted” sertifikata layiq görülüb
İKT
4 Avqust , 2016 19:34
​“Azercell” sosial şəbəkələrdə 100% göstərici ilə liderdir

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda mobil operatorlar arasında “Azercell Telecom”un bu ilin aprel-iyun ayları ərzində rəsmi “Facebook” səhifəsinin lövhəsinə digər mobil operatorlara nisbətən abunəçilər tərəfindən daha çox sual ünvanlanıb, bu sualların hamısı cavablandırılıb.

Şirkətdən “Report”a bildirilib ki, məhz bu 100% cavablama göstəricisinə görə şirkət bir daha “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından “Socially Devoted” sertifikata layiq görülüb.

Qeyd olunan aylar ərzində Azərbaycanın mobil operatorları arasında yalnız “Azercell” “Twitter”də 83%-lik cavablama göstəricisi ilə “Socially Devoted” sertifikatını əldə edib. Bugünədək şirkət sosial şəbəkədəki keyfiyyətli fəaliyyətinə görə bu qurum tərəfindən bir neçə dəfə sertifikat alıb.

Qeyd edək ki, “Azercell” ilk dəfə 2008-ci ildə “Facebook”da və 2009-cü ildə “Twitter” sosial şəbəkəsində rəsmi səhifəsini yaradıb.

Son xəbərlər

Orphus sistemi