"Azercell" şirkəti zənglərini ucuzlaşdırır

"Azercell" şirkəti zənglərini ucuzlaşdırır Mayın 10-dan "GəncSim" tarifi 9 qəpiyə endirilir
İKT
7 Aprel , 2016 10:53
Azercell şirkəti zənglərini ucuzlaşdırır

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkəti fakturasız xətt sistemindəki "GəncSim" tarif paketinə dəyişiklik edəcək.

"Report" rəsmi KİV-ə istinadən xəbər verir ki, mayın 10-dan etibarən "Azercell"in "GəncSim" tarif paketinin şərtləri çərçivəsində ölkədaxili zəngin 1 dəqiqəsinə görə 0,09 manat (ƏDV daxil) tarifi (rouminq və qısa nömrələrə edilən zənglər istisna olmaqla) və zənglərə 60 saniyəlik hesablama intervalı tətbiq olunacaq.

"Azercell"dən "Report"a bildirilib ki, hazırda bu tarif şəbəkədaxili zənglər üçün 0,10 manat təşkil edir: "Digər operatorlara edilən zənglər üçün isə 0,14 manat, hesablama intervalı isə 30 saniyədir. Yeni qərarla tarif endirilib və bu, həm şəbəkədaxili, həm də şəbəkəxarici zənglərə aid olacaq. Burada əsas məqsəd abunəçilərimizin tələsmədən rahat şəkildə danışmasına zəmin yaratmaqdır".

Son xəbərlər

Orphus sistemi