Yuxarı

​“Azercell” Səudiyyə Ərəbistanında yeni rouminq tarifləri tətbiq edəcək

Yeni tariflər avqustun 1-dən qüvvəyə minəcək

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti Səudiyyə Ərabistanında rouminq xidməti çərçivəsində yeni tariflər tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə “Azercell”in abunəçilər üçün yaydığı müraciətdə bildirilib.

Avqustun 1-dən etibarən “Azercell”in rouminq xidməti çərçivəsində S.Ərabistanının “Mobily Etihad Etisalat” mobil operatorunun telekommunikasiya şəbəkəsindən istifadə edərkən yeni tariflər tətbiq ediləcək.

Tariflər aşağıdakı cədvəldə qeyd olunduğu kimi olacaq:

Operator Mobily Etihad Etisalat
(AZN/dəqiqə)
Ölkədaxili istiqamətlərə zəng  1,50
Azərbaycana zəng 1,50
Daxil olan zəng 0,32
SMS 0,20
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi