​“Azercell” Səudiyyə Ərəbistanında yeni rouminq tarifləri tətbiq edəcək

​“Azercell” Səudiyyə Ərəbistanında yeni rouminq tarifləri tətbiq edəcək Yeni tariflər avqustun 1-dən qüvvəyə minəcək
İKT
1 İyul , 2016 14:47
​“Azercell” Səudiyyə Ərəbistanında yeni rouminq tarifləri tətbiq edəcək

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti Səudiyyə Ərabistanında rouminq xidməti çərçivəsində yeni tariflər tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə “Azercell”in abunəçilər üçün yaydığı müraciətdə bildirilib.

Avqustun 1-dən etibarən “Azercell”in rouminq xidməti çərçivəsində S.Ərabistanının “Mobily Etihad Etisalat” mobil operatorunun telekommunikasiya şəbəkəsindən istifadə edərkən yeni tariflər tətbiq ediləcək.

Tariflər aşağıdakı cədvəldə qeyd olunduğu kimi olacaq:

Operator Mobily Etihad Etisalat
(AZN/dəqiqə)
Ölkədaxili istiqamətlərə zəng  1,50
Azərbaycana zəng 1,50
Daxil olan zəng 0,32
SMS 0,20

Son xəbərlər

Orphus sistemi