Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti rouminqdə olan abunəçiləri üçün yenilik edib.
“Report” “Azercell”in mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq rouminqdə olan "Azercell"in fakturalı və fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə zəngin ilk 5 dəqiqəsini pulsuz danışacaqlar. Həmin zəngin davam edən növbəti hissəsinin hər bir dəqiqəsinə görə isə (hesablama intervalı - 1 saniyə) 70 qəpik məbləğində xidmət haqqı tutulacaq.
Qeyd edək ki, "Azercell" ötən il də rouminq qiymətlərinə endirim edib. Belə ki, "Azercell"in abunəçiləri rouminq xidməti çərçivəsində Rusiya, Türkiyə, Gürcüstan və Almaniyada endirimli tariflərdən faydalanaraq bu ölkələrdə olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödəyiblər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə 1 dəqiqə üçün 47 dəqiqə tarifi ilə hesablanıb.