“Azercell” rominq tariflərini dəyişir

“Azercell” rominq tariflərini dəyişir Tariflər peyk nömrələrinə, qısa nömrələrə edilən zənglərə və göndərilən SMS-lərə aid edilmir
İKT
3 İyun , 2017 14:30

Bakı. 3 iyun. REPORT.AZ/ İyulun 1-dən etibarən bir sıra ölkələrdə həm fakturalı, həm də fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrdə rominq xidmətindən istifadəyə görə, rominq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları tətbiq ediləcək. 

“Report” xəbər verir ki, bu barədə “Azercell Telekom” MMC-nin rəsmi mətbuatdakı xəbərdarlığında qeyd edilib.

Məlumatda deyilir ki, Qurumun açıqlamasına görə, bununla da abunəçinin vaxtında məlumat əldə etməməsi və ya cihazın avtomatik sazlanması nəticəsində daha baha qiymətlərlə xidmət göstərən operatorun şəbəkəsinin seçilməsi ehtimalı aradan qalxmış olacaq.

“Azercell” istiqamətindən asılı olmayaraq daxil olan və çıxan zənglərin hesablanma intervalının 60 saniyə olduğunu, tariflərin peyk nömrələrinə və qisa nömrələrə edilən zənglərə və göndərilən SMS-lərə aid edilmədiyini, mobil-internet xidmətində hesablanma intervalının 30 KB olduğunu və bütün tariflərin AZN ilə ƏDV daxil göstərildiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi