“Azercell” Ramazan bayramı münasibətilə yeni kampaniyaya başlayır

“Azercell” Ramazan bayramı münasibətilə yeni kampaniyaya başlayır “SimSim” abunəçiləri iyunun 26-27-də şirkətin "Ramazan Hədiyyəsi" kampaniyasından istifadə edə biləcəklər
İKT
24 İyun , 2017 11:20
“Azercell” Ramazan bayramı münasibətilə yeni kampaniyaya başlayır

Bakı. 24 iyun. REPORT.AZ/ “Azercell Telekom” MMC müqəddəs Ramazan bayramı münasibətilə yeni kampaniyaya başlayır.

“Report”a şirkətdən verilən məlumata görə, “SimSim” abunəçiləri iyunun 26-27-də şirkətin "Ramazan Hədiyyəsi" kampaniyasından istifadə edə biləcəklər. Kampaniya çərçivəsində abunəçilər şəbəkədaxili istifadə üçün 10 dəqiqə və 100 SMS HƏDİYYƏ qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün BAYRAM sözünü 5757-ə SMS vasitəsilə göndərmək lazımdır (SMS pulsuzdur).

Qeyd edək ki, hədiyyə olunan şəbəkədaxili dəqiqə və SMS-lər kampaniya ərzində yalnız bir dəfə aktiv edilə və iyunun 27-si 23:59-dək istifadə oluna bilər. 

Son xəbərlər

Orphus sistemi