"Azercell" Qubada II Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verib

"Azercell" Qubada II Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verib Bakı. 3 mart. REPORT.AZ/ Azercell Telecom MMC yeni konsepsiyaya uyğun magazalarının sayını paytaxt və regionlar boyu artırmaqda davam edir. 
İKT
3 Mart , 2018 16:03
Azercell Qubada II Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verib

Bakı. 3 mart. REPORT.AZ/ "Azercell Telecom" MMC yeni konsepsiyaya uyğun magazalarının sayını paytaxt və regionlar boyu artırmaqda davam edir. 

"Report" xəbər verir ki, bu barədə Şirkətin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, ötən gün "Azercell" Qubada yeni konsepsiyaya uyğun artıq II eksklüziv mağazasının açılışını edib. Quba şəhəri, Qələbə küçəsi, 12 ünvanında yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq, təşkil olunub. Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qubada fəaliyyət göstərəcək bu mağaza da həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərin ixtiyarına verilir.

Yeni ofisin açılış günündə "Azercell" müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim edib. Belə ki, həmin gün mağazadan alış-veriş edənlərə xərclədikləri məbləğin 50%-i qədər hədiyyə əldə etmək imkanı yaradılıb. 

"Azercell Telecom" yaxın il ərzində yeni konsepsiyalı eksklüziv mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək.

Azərbaycanın mobil rabitə sektorunun lideri, qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telecom" 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80%-ni (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8%-ni əhatə edir. Hazırda 4,5 mln. abunəçi "Azercell"in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Express" ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

2012-ci ildə "Azercell" ölkədə ilk dəfə 4G xidməti təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Global Wireless Solutions" şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlərin apardığı araşdırmaların nəticələrinə əsasən, "Azercell" şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Son xəbərlər

Orphus sistemi